Bakı Fond Birjasının açıqladığı rəqəmlər əsasında bu ilin yanvar-may ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyələrinin dinamikası açıqlayıb.
FED.az xəbər verir ki, korporativ istiqrazları üzrə dövriyyəsində ən kəskin artım olan şirkət "PSG Kapital İnvestisiya Şirkəti" olub. İnvestisiya şirkətinin korporativ istiqrazları üzrə dövriyyəsi illik müqayisə ilə 3,2 dəfə və ya 29,9 milyon manat artıb.
"PAŞA Kapital İnvestisiya Şirkəti"-nin korporativ istiqrazları üzrə dövriyyəsi 2,4 dəfə və ya 530,9 milyon manat yüksəlib.
Bu dövrdə "İnvest-Az İnvestisiya Şirkəti"-nin dövriyyəsində 2,2 dəfə, başqa sözlə 6,7 milyon manat artım qeydə alınıb.
"Assist Finance İnvestisiya Şirkəti"-nin dövriyyəsində 80%, başqa sözlə 308,1 milyon manat artım baş verib.
Korporativ istiqrazlar üzrə dövriyyəsi ən kəskin azalan şirkət isə 25,1 dəfə və ya 19,4 milyon manat olmaqla "CPM-İnvest Kapital İnvestisiya Şirkəti" olub.
"CFI Financial İnvestisiya Şirkəti" QSC-də isə azalma 10,3 dəfə (65,6 milyon manat) olmaqla baş verib.
"Xalq Kapital İnvestisiya Şirkəti" QSC-nin korporativ istiqrazlar üzrə dövriyyəsi 4 dəfə (3,3 milyon manat) azalıb.