ABŞ-da açıqlanan iqtisadi məlumatlar inflyasiyanın yavaşladığına və əmək bazarı göstəricilərinin zəiflədiyinə işarə etsə də, birjalar günü müsbət tendensiya ilə bağladı.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
Amerikada İstehlak Qiymətləri İndeksindən sonra İstehsal Qiymətləri İndeksi də (PPİ) mart ayında proqnozların altında açıqlandı. Beləki, PPİ aylıq 0.5% azalaraq 2020-ci ilin aprelindən bu yana ən yüksək aylıq enişi yaşayıb. İstehsal Qiymətləri İndeksi illik müqayisədə 2.7% artaraq 2021-ci ilin yanvarından bəri ən aşağı hədlərə düşüb.
Dəyişən ərzaq və enerji qiymətləri istisna olmaqla İstehsal Qiymətləri İndeksi mart ayında aylıq müqayisədə 0.1% azaldı, illik müqayisədə isə 3.4% artdı.
Digər tərəfdən, ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 8 aprellə bitən həftədə gözləntiləri aşaraq 239 minə yüksəldi.
Analitiklər bildiriblər ki, son məlumatlar investorların ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) aqressiv faiz artımı dövrünün sonuna yaxınlaşdığına dair ehtimallarını artırıb.
Təhlil "İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.