Bu ilin yanvar-avqust aylarında “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 826,3 milyon manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 172,6 milyon manat və ya 26,4% çoxdur.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə dövriyyəsi 219,9 milyon manat, dövlət istiqrazları üzrə dövriyyəsi 16,4 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 571,6 min manat, səhm əməliyyatları üzrə dövriyyə 5 min manat, repo əməliyyatları üzrə dövriyyə 589,4 milyon manat təşkil edib..
Əməliyyat sayı isə 331 olub.
Əvvəlki illə müqayisədə ARMB qiymətli kağızları üzrə dövriyyə 131 milyon manat (4,1 dəfə) artıb, dövlət istiqrazları üzrə dövriyyəsi 36,6 milyon manat (3,2 dəfə), korporativ istiqrazlar üzrə dövriyyə 22,4 milyon manat (40,2 dəfə) , səhm əməliyyatları üzrə dövriyyə 3,9 milyon manat (786,1 dəfə) azalıb, repo əməliyyatları üzrə dövriyyə 104,6 milyon manat və ya 21,6% artıb.
Əməliyyat sayında isə 89 ədəd və ya 36,8% artım qeydə alınıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.