Bu ilin yanvar-avqust aylarında “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 17,2milyard manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 milyard manat və ya 6,1 dəfə çoxdur.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə 105,5 milyon manat, dövlət istiqrazları üzrə dövriyyə 798 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 125,8 milyon manat, səhm əməliyyatları üzrə dövriyyə 112,9 min manat, repo əməliyyatları üzrə dövriyyə 16,2 milyard manat təşkil edib.
Əməliyyat sayı isə 1 806 olub.
Əvvəlki illə müqayisədə dövlət istiqrazları üzrə dövriyyə 218,3 milyon manat (37,7%) səhmləri üzrə dövriyyə 107,4 min manat (20,5 dəfə), repo əməliyyatları üzrə dövriyyə 14,4 milyard manat (8,7 dəfə) artıb.
Əməliyyat sayında isə 885 ədəd və ya 96,1% artım qeydə alınıb.