Bitkoin 1 ay ərzində 15% artım olub.
FED.az xəbər verir ki, 2020-ci ilin martın 25-də 6 min 602 dollar olan Bitkoin aprel ayının 25-də 7 min 593 dollar olub. Bitkoin 1 ay ərzində 991 dollar və ya 15% artıb.
Qeyd edək ki, Bitkoin kriptovalyutasının dəyəri 2020-ci ildə maksimum 10min 337 dollar, minimum 4 min 474 dollar olub.
Ümumiyyətlə, bütün dövrlər üzrə Bitkoinin maksimum dəyəri 20 min 89 dollar (17.12.2017), minimum dəyəri 65,5 dollar (05.07.2013) olub.