Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101679S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, BFB-dən verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 99,4773 manat qiyməti olan 17 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 333 095 400 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4773 AZN (6,76%), orta ölçülmüş qiyməti isə 99,4773 manat (6,76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 27 may 2020-ci ildir.