Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101379S dövlət qeydiyyat nömrəli, 100 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az-ın BFB-yə istinadən verdiyi xəbərə görə, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 99,4400 AZN (7,24%) və 99,4773 AZN (6,76%) olan 6 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 104 564 700 AZN olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,4400 AZN (7,24%), orta ölçülmüş qiyməti 99,4605 AZN (6,97%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 000 000 AZN təşkil edib.
Notların ödəmə tarixi 06.05.2020-ci ildir.