Azərbaycan balıq şirkətlərinin - SƏHMDARLARI TOPLAŞIR
Neftçala şəhər mədəniyyət evində 9 dekabr 2019-cu il saat 10.00-da “Neftçala balıq-əmtəə” ASC səhmdarlarının, saat 12.00-da isə “Oriyad balıq” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə “Nizamnamənin yeni redaksiyada qəbul edilməsi” “ASC-nin nəzarət və idarə orqanlarının formalaşdırılması”, “Dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün səlahiyyətli şəxslərin müəyyən edilməsi” və cari məsələlərin müzakirəsi.
Səhmdarlar ümumi yığıncaqda şəxsən və ya etibarnamə əsasında nümayəndə vasitəsilə iştirak edə bilərlər. Səhmdarların ümumi yığıncağında şəxsiyyəti təsdiq edən sənədlə iştirakı vacibdir. Ümumi yığıncağın materialları ilə tanışlıq üçün idarə heyətinə müraciət etmək olar.
Ünvan- Neftçala şəhəri, Heydər Əliyev prospekti 17.