Dünyada inflyasiyanın və mərkəzi bankların gələcək trendinə dair qeyri-müəyyənlik özünü birjalarda ticarət aktivliyinin azalmasında da göstərir.
Birjada necə qazanırlar? - 2023-cü ildə investorlar üçün – «İNVESTAZ»DAN PROQNOZLAR
EUR/USD, GBP/USD və USD/JPY məzənnələri müvafiq olaraq fevral ayının minimum və maksimumlarında ticarət edilməkdədir. Makro və maliyyə bazarların üzrə təhlillər isə onu deməyə əsas verir ki, sözügedən mövzular ətrafında qeyri-müəyyənlik uzana bilər. Bunun yanında ABŞ-da xəzinədarlıq böhranı da böyüyə bilər.
Bütün bunlar avro, funt sterlinq və yen kimi aparıcı valyutaların dollara nisbətən kurslarında müsbət dinamikaya səbəb ola bilər. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 11:00-da Almaniyadan dərc ediləcək inflyasiya göstəriciləri də diqqət mərkəzindədir. Cümə günü İngiltərədən isə daha önəmli göstəricilərin - ÜDM, sənaye və xarici siyasət il\ bağlı rəqəmlər açıqlanacaqdır.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.