Son günlər bitkoin vaə digər kriptovalyutaların bahalaşmasından sonra dünyada kriptovalyuta sektorunun bazar dəyəri 4 trilyon dolları keçib. Bu indiyədək qeydə alınan rekord göstəricidir.
Tramp "GENIUS" qanununu imzaladı: Kriptovalyuta bazarı üçün nə dəyişəcək?
FED.az-ın məlumatına görə, budəfəki qiymət artımı və sektorun belə ölçülərə çatması o deməkdir ki, kriptovalyuta sektoru artıq yeni yaranmış investisiya aləti olmaqdan çıxaraq dünyanın investisiya bazarında ciddi yeri tutan sektora çevrilib.
Budəfəki qiymət artımının və nəticədə sektorun belə böyüməsinin səbəbi kriptovalyuta ilə bağlı nikbinliyin artımı, bəzi ölkələrdə bu sahənin tənzimlənməsi ilə bağlı məsələlərin aydınlaşması, eləcə də kriptovalyuta sektoruna invtitusional pul axınlarının çoxalmasıdır.
Başqa sözlə, yəni son vaxtlaradək bitkoini yalnız fiziki şəxslər və investorlar alırdısa, artıq iri təşkilatlar, banklar və investisiya qurumları da bu sahəyə yatırım etməyə başlayıb.
Bu da həmin sahəyə etibarı gücləndirir – sektorda baş verən əsas hadisə də budur.
Ən mühüm yeniliklərdən biri isə ABŞ hökumətinin kriptovalyuta bazarının tənzimlənməsi üçün yeni sənədlər hazırlamasıdır.
Belə ki, ABŞ nümaynədələr Palatası ABŞ dollarına bağlı olan kriptovalyuta tokenləri – steybkoinlər üçün normativ hüquqi bazanın yaradılması barədə qanun qəbul edərək təsliqlənməsi üçün ABŞ prezidentinə göndərib. Tramp bu qanunu Palataya özə göndərmişdi, onun qəbulunu çoxdan gözləyir və sənədi imzalayıb təsdiqləyəcəyi şübhəsizdir.
«Trampın qanun layihəsinin qəbul edilməsi kriptosənayeyə münasibəti dəyişə biləcək böyük hadisədir, amma bəzi deputatlar bu sahəyə ehtiyamtla yanaşırlar»-deyə «Hargreaves Lansdown» şirkətinin səhm bazarının araşdırılması departamentinin rəhbəri Derren Natan bildirir.
Nümayəndələr Palatasının üzvləri bu mövzu ilə bağlı daha 2 qanun qəbud edərək baxmaq üçün Senata təqdim ediblər.
Bunlardan biri kriptovalyutalar üçün normativ hüquqi bazanı müəyyən edir, yəni faktiki olaraq bitkoin və digər kriptovalyutaları hüquq müstəvisinə çıxararaq qanuniləşdirir. Digər qanun isə ABŞ mərkəzi bankına rəqəmsal valyuta buraxmaq qadağası qoyur.
Ekspertlər bildirir ki, 4 trilyon dollarlıq hədd kriptovalyuta bazarının nə qədər irəliləməsini və spekulyativ və marijinal alət imicindən uzaqlaşdığını göstərir.
Atkivlərin idarə olunması ilə məşğul olanların bu sahəyə maraq göstərməsi, kriptovalyuta ilə bağlı yeni birja məhsullarının ortaya çıxması və investorlar arasında daha geniş yayılması səbəbindən hazırda rəqəmsal aktivlər maliyyə sektorunda ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.