12 may 2026-cı il tarixində, saat 12:00-da “Legion Financial” ASC-nin (VÖEN: 2006222901) növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İri şirkət yeni investor cəlb edib işini genişləndirmək istəyir - TOPLANTI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 25A ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə istiqraz buraxılışı, eləcə də 2025-ci ilin illik maliyyə göstəricilərinin müzakirəsi və təsdiqi məsələləri daxil edilib.
Səhmdarlar gündəlikdə yer alan məsələlərlə bağlı ətraflı məlumat almaq üçün 050 247 99 31 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.
Qeyd edək ki, ASC 2020-ci ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 milyon 910 min manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Böyükağa Mirkamal oğludur.














