İlk növbədə bitcoinin bahalaşma səbəblərinə diqqət yetirmək lazımdır. Birincisi bitcoin bu sahədə bir ilk idi, unicoin idi. Birinci olan hər şeyə tələbat böyük olur. Hətta indi də kriptovalyuta deyəndə insanlar bitcoin kimi anlayırlar. Ona görə də bitcoin bahalaşır. Mənim fikrimcə bundan sonra da bahalaşacaq. Bitcoin 100-150-200 minə kimi bahalaşacaq. FED.az bildiriri ki, bunu "7 Marketz Group"un rəhbəri Yaqub Rəhimov bildirib.
Bitcoinə yaxın olan digər kriptovalyutalar hazırda Ethereum,Stellar və bu kimi platform coinləridir. Hazırda bir əlavə coində gəlir onun adı isə Disenternetdi , bu kriptovalyutanın da yaxşı nəticələr əldə edəcəyini demək olar.
Eləcə də bax: Vergilər Nazirliyi: "Bitkoin qazancından vergi tutacağıq"
Rippledən böyük bahalaşma gözləmək olarmı sualına isə Ramin Yaqubov belə cavab verib.
Ripplenin Asiya üzrə general direktoru ilə görüşmüşəm . XRP-nin banklar tərəfindən istifadəsinə məcburiyyət yoxdur. Bu o deməkdir ki, ripplenin qiyməti qeyri-şəffaf olaraq marketinqdən yaxşı istifadə edirlər. Hazırda mən nə ripple almışam nə də alacağam və heç kəsə ripple yatırım etməyi məsləhət görmürəm. Ripple bir çox şirkətlərlə müqavilə bağlamağına baxmayaraq bunun heç bir XRP tokuna aidiyyatı yoxdur.
TRON-nun gələcək qiyməti necə olacaq? Bir çoxları bu kriptovalyutanın əhəmiyyətli dərəcədə bahalaşacağını deyirlər.TRON nun potensialı var. TRON ilkin başlanğıcda kifayət qədər yüksəliş etdi.
Eləcə də bax: Bir həftəyə 600 dollar bahalaşıb – QİYMƏTLƏR
Qeyd edək ki, Ramin Yaqubov kriptovalyutalar barədə səsləndirdiyi fikirləri investisiya məsləhəti kimi qəbul edilməsini istəməyib. O sadəcə öz fikirlərini bölüşdüyünü qeyd edib. Məlumat üçün bildirək ki, Ramin Yaqubovun hazırda 2 milyon dollar dəyərində bitcoini var.
Ramin Yaqubov 2009-cu ildə "7 Marketz Group" (Seven Marketz Qrup) adlı şirkət təsis edib və hazırda bu şirkət 18 ölkədə 17 brendə sahibdir.
Eləcədə bax: Kriptovalyutanı haradan və necə almaq olar? - MÜSAHİBƏ