Dünya kriptovalyuta bazarında bu saatlarda ucuzlaşma müşahidə olunur.
FED.az xəbər verir ki, mayın 5-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 60-ı ucuzlaşıb.
Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 204 dollar və ya 2,1% bahalaşaraq 9821 dollara yüksəlib.
Son bir həftə ərzində isə bitkoin 658 dollar və ya 7,1% bahalaşıb.
Ethereumun qiymətində də bahalaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 36 dollar və ya 4,6% bahalaşaraq 809 dollar olub.
Son həftə ərzində isə Ethereum 143 dollar və ya 21,4% bahalaşıb.
Kriptovalyutalardan ən çox bahalaşma Pundi X-da(28,82%), ən çox ucuzlaşma isə Gifto-də(13,82%) müşahidə olunub.
Bir həftəyə 600 dollar bahalaşıb – QİYMƏTLƏR
10:25
5 May 2018