Böyük Vətən müharibəsində qələbənin 80 illiyi münasibətilə VTB (Azərbaycan)-ın əməkdaşları ölkəmizdə yaşayan veteranları ziyarət ediblər.
FED.az xəbər verir ki, bankın əməkdaşları müharibə və əmək qəhrəmanlarını şəxsən ziyarət edib, onlara göstərdikləri şücaətlərə görə minnətdarlıqlarını bildirib, gül və hədiyyələr təqdim ediblər.
"Veteranlara dəstək VTB-nin sosial siyasətinin mühüm addımlarından biridir. Biz onların cəsarətini və fədakarlığını yüksək qiymətləndiririk və onlara hörmət və diqqət göstərməyi özümüzə borc bilirik", - deyə Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okayev bildirib.
Bank ənənəvi olaraq qaliblər nəslinə diqqət və ehtiramını bildirərək, yaddaqalan tarixlərə həsr olunmuş tədbirlər keçirir.