FED.az xəbər verir ki, “Rabitəbank” ASC Biznes kreditlərinin təhlili şöbəsinin Baş mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Struktur: Kreditlərin təhlili departamenti/Biznes kreditlərinin təhlili şöbəsi
Vəzifə: Baş mütəxəssis
Vəzifə öhdəlikləri:
1. Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş Biznes Kredit sifarişlərinin Minimum Sənədlər Paketinə uyğunluğunu yoxlanılması;
2. Kreditin məbləğini, valyutasını, müddətini və faiz dərəcələrini yoxlanılması;
3. Kreditin qiymətləndirməsi üçün müştəridən tələb olunan sənədlərin siyahısını və həcmini müəyyənləşdirilməsi;
4. Bank tərəfindən filiallar üçün təsdiq olunmuş limitlərdən yuxarı kreditlər verilənədək prosedurlara tam riayət olunmasını yoxlayır, qərar qəbul etmək üçün Kreditlərin Təhlili Departamentinin direktoruna təqdim edilməsi;
5. Kredit girovunun adekvatlığını, realizasiyasını və həssaslığını yoxlanılması;
Namizədə olan tələblər:
PEŞƏKAR KEYFİYYƏTLƏR
• Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);
• Bankda kredit (SME və ya Mikro kreditlər) sahəsində ən azı 3 il iş təcrübəsi;
• Vəzifə təlimatı üzrə nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi üçün tələb olunan peşakar biliklərə malik olması (maliyyə və riskin əsasları üzrə biliklər və s.);
Eləcə də bax: "Xalq Bank" işçi axtarır - VAKANSİYA
ŞƏXSİ- İŞGÜZAR KEYFİYYƏTLƏR
• Analitik düşüncə;
• Yüksək təhliletmə bacarığı;
• Komandada işləmək bacarığı;
• Operativ və düzgün qərar vermək bacarığı;
• Təşəbbüskarlıq;
• Stressədavamlılıq;
• Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Biznes kreditlərinin təhlili şöbəsinin Baş mütəxəssisi göstərməyiniz xahiş olunur.