Cari ilin ilk rübündə "Kapital Bank"nın qiymətli kağızlar portfeli 1 milyard 230,8 milyon min manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Hesabata əsasən bankın qiymətli kağızlarında 356,6 milyon manat (22,5%) azalma qeydə alınıb.
Qeyd edək ki, 2023-ci ilin sonuna bankın qiymətli kağızlar portfeli 1 milyard 587,4 milyon manat təşkil edib.