2024-cü ilin ilk rübündə "Bank Avrasiya"nın qiymətli kağızlara yatırımları 4 milyon 124 min manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 1-ci rübdə bankın qiymətli kağızlara yatırımlarında 3 milyon 449 min manat, başqa sözlə 45,5% azalma qeydə alınıb.
Qeyd edək ki, 2023-ci ilin sonuna bankın qiymətli kağızlar yatırımları 7 milyon 573 min manat təşkil edib