"İpoteka və Kredit Zəmanət Fondu öz üzərinə daha çox iş götürməlidir"
FED.az xəbər verir ki, bunu bu gün faiz dəhlizinin parametrlərinin elan edilməsinə həsr edilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Həmçinin o qeyd edib ki, biznes kreditlərinin faiz dərəcələri aşağı enib.
Eləcə də bax: “AtaBank”a əmanətçilərinə bildiriş göndərilməsi barədə - GÖSTƏRİŞ VERİLİB
“Fiziki şəxslərə verilən kreditlərdə faizlər əhəmiyyətli dərəcədə aşağı düşüb. Digər tərəfdən biz düşünürük ki, müəyyən tənzimləmə çərçivəsi var. Biznes kreditləşməni stimullaşdırmaq lazımdır. Banklar kommersiya subyektləridir. Biz onlara göstəriş verə bilmərik. Biz deyə bilmərik kredit faizlərini aşağı salın, və ya daha riskli kreditlər verin. Müəyyən stimullar yaratmalıyıq. Makroiqtisadi stimullar, struktur stimulları.Məsələn mən belə bir fakt deyim: Kredit zəmanət fondu fəaliyyət göstərir, kredit zəmanət fondu üzrəinə daha çox iş götürməlidir”-deyə Elman Rüstəmov bildirib.