Kapital Bank namizədləri Daxili Audit Departamentinin Baş Auditoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
İmkanlar
• Bank fəaliyyətinin bütün istiqamətləri üzrə biliklərin inkişaf etdirilməsi imkanı və biznes proseslərin təkmilləşdirilməsinə tövhə vermək;
• Peşəkar kvalifikasiyanın artırılması üzrə sertifikasiya və treninqlərdə iştirak;
• Peşəkar inkişaf üzrə fərdi yanaşma və dövrü qiymətləndirilmə.
Öhdəliklər
• İllik Audit Planına əsasən həyata keçirilən audit layihələrində qrup üzvü/rəhbəri kimi iştirak etmək;
• Audit layihələrinin həyata keçirilməsi üzrə planı hazırlanmaq və həyata keçirmək;
• Layihədə iştirak edən qrup üzvlərinin işinə nəzarət və onların peşəkar inkişafını təmin etmək
• Yoxlanılan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək və rəy formalaşdırmaq;
• Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq.
Tələblər
• Audit, ümumi iqtisadiyyat, bank işi və uçot yönümlü ixtisaslar üzrə ali təhsil;
• Bank sahəsində min. 5 illik və ya audit sahəsində min. 3 il iş təcrübəsi;
• Bank qanunvericiliyi və fəaliyyəti barədə nəzəri və praktiki biliklər;
• Ünsiyyətqurma və təhlil qabiliyyəti;
• Mükəmməl yazı bacarığı;
• Mükəmməl Azərbaycan dili, səlis İngilis və Rus dili bilikləri.
Maraqlanan namizədlər CV-lərini, mövzu hissəsində “Daxili Audit Departamentinin Baş Auditoru” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilər.
"Kapital Bank" işçi axtarır - VAKANSİYA
15:59
19 Mart 2018