FED.az xəbər verir ki, “Expressbank” ASC Hüquqi şəxslər üzrə əməliyyatçı (Bakı şəhəri üzrə) vəzifəsi üzrə vakansiya elan edib.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Əməliyyat (bank sahəsində təcrübəyə üstünlük verilir) üzrə 1 ilə qədər iş təcrübəsi;
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
- Diqqət, çeviklik, dəqiqlik, ünsiyyət qurma və müştəri ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Hüquqi şəxslərə hesabların açılması və aparılması;
- Müştərilərin hesabları üzrə hesablaşma kassa əməliyyatlarının həyata keçirilməsi.
Eləcə də bax: “Mətanət A” işçi axtarır - VAKANSİYA
Biz sizə nələr təklif edirik:
- Azərbaycanın aparıcı banklarının birində iş;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı;
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri.
Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda Jobsearch – Vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.