Azərbaycanda koronavirusun təsirindən zərər çəkən biznes nümayəndələri və fiziki şəxslərə banklar tərəfindən kredit güzəşti də ediləcək.
Eləcə də bax: Bank Respublika ödəniş kartlarının - İSTİFADƏ MÜDDƏTİNİ UZATDI
FED.az xəbər verir ki, bu barədə açıqlamanı «Paşa Bank» iqtisadçı ekspert Qubad İbadoğlunun sorğusuna cavabında bildirib.
Bankdan bildirilib ki, hazırda biznes nümaynədələri və əhaliyə dəstək üçün bu sahədə güzəştlərin üzərində banklar, Mərkəzi Bank və Banklar Assosiasiyası ilə birlikdə iş aparırlar.
«Hal-hazırda ölkədə COVID-19 virusunun yayılması ilə bağlı yaşanan müvəqqəti çətinliklərin müştərilərə olan təsirlərinin yumşaldılması məqsədilə PAŞA Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birgə çalışaraq ölkədə fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar, eləcə də fiziki şəxslər üçün imtiyazlar paketinin hazırlanıb təqdim edilməsi üzərində işlər aparır. Bununla bağlı irəliləyişlər haqqında müştərilərə əlavə məlumat veriləcək»-deyə bankın açıqlamasında bildirilir.