Dövlət bankı Azər Türk Bank kiçik və orta biznes nümayəndələrinə, o cümlədən fərdi sahibkarlara bütün əsas hesablaşma-kassa əməliyyatlarını ödənişsiz qaydada həyata keçirmək imkanı verən yeni Tarif Paketini təklif edir.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Belə ki, hesablarına daxil olan vəsaitlər üzrə cəmi 0,5% komisyon haqqı tutulmaqla, Azər Türk Bankın müştəriləri Tarif Paketi çərçivəsində bütün valyutalarda hesabların açılması və idarə olunması, «Sahibkar Kartı» və əmək haqqı kartlarının sifarişi, nağd vəsaitlər ilə əməliyyatlar, nağdsız konvertasiya və bütün növ köçürmə əməliyyatları, arayış və çıxarışların verilməsi pulsuz həyata keçiriləcəkdir. Həmçinin “ATB Business" internet bankçılıq xidmətinə qoşulma və istifadə, eləcə də cari hesab hərəkətləri barədə SMS və e-poçt bildirişlərin göndərilməsi ödənişsiz olacaqdır.
Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.