FED.az xəbər verir ki, "AzərTürkBank" Korporativ Bankçılıq Departamentinin Korporativ satış şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Banka yeni müştərilərin cəlb edilməsi məqsədilə müxtəlif biznes nümayəndələri ilə görüşlər keçirmək;
- Portfelində olan korporativ müştərilərlə daim ünsiyyətdə olmaq, tələbatlarını öyrənmək, sorğu və təkliflərini aidiyyatı üzrə müvafiq strukturlara yönləndirmək;
- Korporativ müştərilərə xidmət prosesində meydana çıxan məsələlərin həlli üzrə işləri koordinasiya etmək;
- Korporativ müştərilərə tam və keyfiyyətli xidmətin təşkil edilməsi məqsədilə satış nöqtələrində hüquqi şəxslər və fərdi sahibkarlara xidmət göstərən əməkdaşların fəaliyyətinə nəzarət etmək.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Azərbaycan və Rus dillərini səlis bilməli, İngilis dili arzuolunandır;
- Satış sahəsində minimum 2 il, Bankda satış sahəsində minimum 1 il iş təcrübəsi;
- Analitik təhliletmə qabiliyyəti;
- İşgüzar ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı;
- MS Office proqramlarından istifadə bacarığı.
CV-lərinizi vakansiyanın adını qeyd etməklə http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq və ya [email protected] poçt ünvanına göndərərək bizə müraciət edə bilərsiniz.