2025-ci ildə kredit faizləri əvvəlki illərlə müqaisədə artan tendensiya ilə davam edir. Bəzi banklar istər istehlak, istər bizness, istərsə də ipoteka kreditlərinin faizlərini təxminən 3-4 % bahalaşdırıb.
Azərbaycanda ən çox kredit faiz gəliri toplayan banklar – SİYAHI, MƏBLƏĞLƏR, CƏDVƏLLƏR (2024)
FED.az xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli deyir ki, kredit faizlərinin bahalaşmasının əsas səbəblərindən biri 2023-cü ilin sonundan başlayaraq Mərkəzi Bank tərəfindən məcburi ehtiyat normalarının artırılmasıdır. Digər səbəb isə depozit faizlərinin yüksəlməsi də kreditlərin bahalaşmasına gətirib çıxardı.
Xalid Kərimli kredit faizlərinin enib-enməyəcəyi ehtimalından da danışıb.