Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 8-nin bu il aprelin 1-nə öhdəlikləri illik müqayisədə az olub.
Eləcə də bax: "Bankların öhdəliklərinin icrasında problem müşahidə olunmur"
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Sənaye Bankı" (ASB), "Turan Bank", "Rabitəbank", "Unibank", "Premium Bank", "Yapı Kredi Bank Azərbaycan" və "AGBank"dır.
Ən çox azalma "AGBank"da (7,6%), ən az azalma isə ASB-də (0,2%) qeydə alınıb.
Qalan 20 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika Pakistan Milli Bankının Bakı filialında (5,9 dəfə), ən aşağı dinamika isə "Bank Avrasiya"da (0,9%) qeydə alınıb. (Renkinq)