“Maliyyə sektorunda müsbət meyllər müşahidə olunur. İlk 4 ayda kredit portfeli 1,9% artıb. Bunun da əsas mənbəyi biznes kreditləridir”.
Eləcə də bax: «Biznesin banklarla bağlı iradları doğrudur» - ELMAN RÜSTƏMOV
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, biznes kreditlərində 4,1%, ipoteka kreditlərində 5,2% artım olub, istehlak kreditləri isə 4,1% azalıb.
“Bank sektoru real sektorun maliyyələşməsində aktiv iştirak edir. 8 mlrd. manatdan yuxarı likvid vəsait var, bankların öhdəliklərinin icrasında problem müşahidə olunmur. Banklar vaxtında öhdəlikləri yerinə yetirir. Ödəniş sistemi stabildir”, - deyə E. Rüstəmov qeyd edib.