Azərbaycanda bank kartları ilə ən çox aparılan əməliyyatlardan biri də «card2card» əməliyyatlarıdır.
Banklar arasında «card to card» əməliyyatı neçəyədir? – BANKLAR, KARTLAR, KOMİSSİYALAR - SİYAHI
FED.az xəbər verir ki, bu əməliyyatdan istisnasız olaraq bütün kart sahibləri istifadə edir.
«Bolkart», «Kartmane», «NeoKart» - hansı daha sərfəlidir? – MÜQAYİSƏ
Bununla yanaşı, qeyd edək ki, banklar öz kartları ilə aparılan card2card əməliyyatlarına müəyyən məhdudiyyətlər qoya bilər. Bu məhdudiyyətlər istifadəçilərin təhlükəsizliyini və maliyyə əməliyyatlarını qorumaq üçün müəyyən edilib.
«YELO LİGHT», «ATB CARD», «My CARD STANDARD» - Hansı daha sərfəlidir? – MÜQAYİSƏ
«Card2card» əməliyyatları üzrə bankların tətbiq etdiyi limitlər gündəlik, və ya aylıq olaraq müəyyən edilir və istifadəçilərin göndərə biləcəyi maksimum məbləği əhatə edir. Bu limitlər bankların siyasətlərinə və təhlükəsizlik standartlarına uyğun olaraq dəyişə bilər. İstifadəçilər kartla əməliyyat aparanda və ya buna hazırlaşanda həmin limitləri nəzərə almalıdırlar.
FED.az bu sözügedən limitləri araşdırıb və aşağıdaki cədvəldə hər bir bank üzrə məlumatlar öz əksini tapıb:
Banklar |
Limitlər |
Azərbaycan Beynəlxalq Bankı (ABB) |
Aylıq 7 000 manat limit müəyyən olunub. Limitdən yüksək məbləğlər üzrə köçürmələr zamanı 1% komissiya tətbiq olunacaq. Günlük limit mövcud deyil. |
Azər‐Türk Bank |
Aylıq 20 000 manat limit müəyyən olunub. Limitdən yüksək məbləğli köçürmə əməliyyatı etmək mümkün deyil. Günlük limit mövcud deyil. |
AccessBank |
myCard Standard üçün gündəlik limit 1500 AZN, aylıq 7000 AZN, myCard Premium üçün 2000 AZN gündəlik və 10 000 AZN aylıq nəzərdə tutulur. Limitdən yüksək məbləğli köçürmə əməliyyatı etmək mümkün deyil. Günlük limit mövcud deyil. |
AFB Bank |
Card to card əməliyyatı limit tətbiq olunmur. Bank tariflərinə əsasən, əmək haqqı kartdan card to card əməliyyatı icra olunduqda,göndərən kartdan 0.5% və alan kart AFB Banka məxsus əmək haqqı kartdırsa 1% komissiya tətbiq olunur. |
Azərbaycan Sənaye Bankı |
Limit tətbiq olunmur , lakin köçürmə əməliyyatı etdiyiniz zaman 0,5% komissiya tətbiq olunacaq. |
Bank Avrasiya |
Card to card əməliyyatı mümkün deyil. |
Bank BTB |
Limit aylıq maksimum 10 000 AZN-dir. Limitdən yüksək məbləğli köçürmə əməliyyatı etmək mümkün deyil. Günlük limit mövcud deyil. |
Bank of Baku |
Hər bir kart üzrə gündəlik limit 25 000 AZN təyin edilmişdir. Aylıq limit təyin olunmayıb. Limiti keçdikdə, növbəti əməliyyatı etmək mümkün olmur. |
Bank Respublika |
Limitlər günlük və aylıq var. Bank Respublika ASC-nin kartından ölkədaxili digər bankların kartlarına: 1 gün-4 000 AZN, 1 ay-20 000 AZN; Bank Respublika ASC-nin kartından ölkəxarici bankların kartlarına: 1 gün- 1000 USD, 1 ay-2500 USD; Limiti keçdiyimiz zaman əməliyyat etmək olmur. |
Expressbank |
Expressbank kartları arası limit 15 000 aylıq, digər yerli bank kartları üzrə 10 000 AZN təşkil edir. Günlük limit mövcud deyil. Limiti keçdikdə köçürmə edə bilmirsiniz. |
Kapital Bank |
Vəsaitin göndərilməsi üçün günlük 4000 AZN (1000 USD ekv.), 4 günlük 10000 AZN (2500 USD ekv.), aylıq isə 20000 AZN (2500 USD ekv.). Limiti keçdikdə, növbəti əməliyyatı etmək mümkün olmur. |
Naxçıvanbank |
Gündəlik 1 000 AZN , aylıq isə 30 000 AZN limit müəyyən olunub. Limiti keçdikdə, növbəti əməliyyatı etmək mümkün olmur. |
Paşa Bank |
Gün ərzində köçürmə üçün 3 000 AZN limit müəyyən olunub. Xarici valyutada isə 1 000 USD köçürmə limiti var. Aylıq limit yoxdur. Limiti keçdikdə, növbəti əməliyyatı etmək mümkün olmur. |
Premium Bank |
Limit tətbiq olunmur , lakin köçürmə əməliyyatı etdiyiniz zaman 0,2% komissiya tətbiq olunacaq. |
Rabitəbank |
Rabitə bank kartlarına – ayıq 10 000 AZN/USD/EUR-dək pulsuz olmaqla, ölkə daxili digər bank kartlarına isə Card to Card əməliyyatları ayda cəmi 1 000 AZN/USD/EUR-dək pulsuz olmaqla köçürmə etmək olar. Bu məbləğlərdən yüksək köçürmə zamanı 0.9%, komissiya hesablanacaqdır. |
TuranBank |
Günlük 5 000 manat limit tətbiq olunur. Aylıq limit yoxdur və limiti keçdikdə, növbəti əməliyyatı etmək mümkün olmur. |
Unibank |
Gündəlik 25 000 AZN köçürmə etmək mümkündür, limit bitdikdə, sadəcə olaraq əməliyyatı etmək mümkün olmur. Aylıq limit müəyyən olunmayıb. |
XalqBank |
Gün ərzində 5 000 AZN/USD/EUR limit tətbiq olunur. Limitdən artıq köçürmə etmək üçün bankın filialına yaxınlaşıb limiti aradan qaldırmaq mümkün olar. Maximum nə qədər limiti qaldırmaq barəsində ətraflı banka yaxınlaşmaq lazımdır. |
YapıKredi Bank |
Card to card əməliyyatı mümkün deyil. |
YeloBank |
Gün ərzində 10 000 AZN limit tətbiq olunur. Limiti keçdikdə, növbəti əməliyyatı etmək mümkün olmur.Aylıq limit yoxdur. |
Ziraat Bank |
Limitlər gündəlik tətbiq olunur ölkəxaricinə 200USD , ölkədaxili isə 5 000 AZN nəzərdə tututlub. Limiti keçdikdə, növbəti əməliyyatı etmək mümkün olmur.Aylıq limit yoxdur. |