Koronavirus və karantinin yaratdığı çətinlikləri nəzərə alaraq “PAŞA Bank” ASC pandemiyadan zərər çəkən hüquqi şəxs və fərdi sahibkarlara, eləcə də bankın əməkhaqqı kart sahibi olan fiziki şəxslərə dəstək məqsədi ilə aprelin 1-dən kredit üzrə gecikməsi 15 gündən az olan müştərilərə cərimə faizlərinin hesablanmasını dayandırır.
Eləcə də bax: Banklar da müştərilərinə kredit güzəşti edəcəklər – BANKDAN AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə bankdan məlumat verilib.
Bankın məlumatında bildirilir ki, müştəri kredit üzrə faizi və ya əsas məbləği vaxtında ödəmədiyi halda Bank tərəfindən ona heç bir cərimə tətbiq olunmayacaq. Qərar həmçinin bu məlumatın açıqlanmasından sonra ödəmələrini dayandıran müştərilərə şamil olunur.
Bundan başqa, hazırda Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə bank öz müştərilərinə əlavə güzəştlərin yaradılması üzərində işləri davam etdirir. Yeniliklər barədə məlumat aprelin 20-dək təqdim olunacaq.
Qeyd edək ki, əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 496 50 04 (korporativ müştərilər üçün), *9123 / (+99412) 496 50 00 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
Report