Azərbaycanda dövlət payı olan iki bankdan biri «Azər-Türk-Bank» 2022-ci ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
Azərbaycan bankları 2-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
"AzərTürkBank" işçi axtarır - VAKANSİYA
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilin ilk 6 ayında «Azər-Türk Bank»ın faiz gəlirləri 4,3 milyon manat və ya 43% artaraq 9,96 milyon manatdan 14,25 milyon manata yüksəlib.
Belə kəskin artım bankın kreditlərdən əldə etdiyi faiz gəlirlərinin yüksəlməsi ilə bağlıdır – 47,6% artaraq 11,9 milyon manata çatıb. Bankın qiymətli kağızlardan əldə etdiyi gəlirlər də 500 min manat və ya 38% artıb.
Bu dövrdə bankın faiz xərcləri də təqribən 1,7 milyon manat və ya 60%-ə yaxın 4,5 milyon manatı keçib.
Bu dövrdə «Azər-Türk Bank» bankdakı depozit sahiblərinə 2,6 milyon manata yaxın faiz ödəyib (32% artıb), bankın aldığı kreditlər üzrə faiz ödənişləri isə 1,8 dəfə artaraq 1,3 milyon manata çatıb.
Nəticədə yarım ilin yekununda bankın xalis faiz gəliri 9,7 milyon manat olub – ötən illə müqayisədə 2,6 milyon manat və ya 37% artıq.
Bankın qeyri-faiz gəlirləri isə bu dövrdə iki qat artaraq 4,5 milyondan 8,9 milyon manata çatıb.
Hesabların aparılması üzrə xidmətlərdən komisyon gəlirləri 2,5 dəfə, xarici valyuta əməliyyatlarından gəlirlər 2,1 dəfə, digər xidmətlərdən gəlirlər isə 90% artaqaq 6,5 milyon manata çatıb.
Hesabat dövründə «Azər-Türk Bank»ın qeyri-faiz xərcləri də kəskin artıb. Ötən il 11,5 milyon manat olan bu məbləğ 2022-ci ildə 17,7 milyon manat olub. Bu dövrdə bankda əmək haqqı xərcləri 9%, ümumi inzibati xərclər 2 dəfə, digər xərclər 80% artıb.
Nəticədə 2-ci rübün sonunda bankın əməliyyat mənfəəti 988 min manat olub. Bunun 177 min manatı mümkün zərərlər üzrə ehtiyatların yaradılmasına ayrılıb, mən7fəət vergisi ödənilməyib və bankın xalis mənfəəti 812 min manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 80% artıqdır. Xatırladaq ki, «Azər-Türk Bank» ötən ilin eyni dövrünü 448 min manat xalis mənfəətlə bitirmişdi.
2022-ci ilin ilk yarısında «Azər-Türk Bank» ölkədə ən sürətlə böyüyən banklardan olub – bankın aktivləri yarım ildə təqribən 50% artaraq 407 milyon manata çatıb. Bu dövrdə bankda nağd pul ehtiyatı 100 milyondan 191 milyona yüksəlib. Xalis kredit portfeli 53 milyon manat artaraq 280 milyon manata yüksəlib.
Bankın öhdəlikləri isə 190 milyon manat artaraq 350 milyondan 540 milyon manata yüksəlib. Depozit portfeli 70%-dən çox artaraq 207 milyondan 222 milyon manata yüksəlib.
2022-ci ilin ilk yarısında «Azər-Türk Bank»ın Mərkəzi Bank qarşısında öhdəlikləri 20 milyon manat artaraq 107 milyondan 127 milyon manata yüksəlib.
Digər banklar qarşısında öhdəliklər isə 80 milyon manat və ya təqribən 4 dəfə artaqaq 27 milyondan 106 milyon manata yüksəlib.
2022-ci ilin ilk yarım ilinin sonunda «Azər-Türk Bank»ın cəmi kapitalı 1,7 milyon manat artaraq 58,6 milyon manata yüksəlib.