Bağlanan banklar birləşdirilməyəcək.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında bildirib.
Baş bankir "AGBank" və "NBC Bank"da aparılan analitik təhlillərin nəticələri haqqında tezliklə məlumat veriləcəyin də deyib: "Bankın əmanətçiləri narahat olmasınlar, onların əmanətləri qorunur. O banklarda çalışanların əmək haqları da ödəniləcək".