Azərbaycan əhalisi 2019-cu ildə gəlirlərinin artmasına baxmayaraq pullarını ehtiyatla xərcləyir.
Eləcə də bax: Azərbaycanda bank işçilərinin üçdə birinə ehtiyac qalmayacaq – İXTİSARA DÜŞƏCƏK PEŞƏLƏR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri barədə açıqlamasından məlum olur.
Xatırladaq ki, elə bu gün Mərkəzi Bank ölkədə iqtisadi aktivliyi artımaq və canlandırmaq üçün uçot dərəcəsini bir qədər də – 0,25% azaldaraq 8,75%-ə endirib.
AMB elan edir ki, ölkədəki iqtisadi artım pozitivdədir – ilk 4 ayda real iqtisadi artım 2,1% olub. İqtisadi artım həm xarici tələb, həm də daxili tələblə dəstəklənir. Yanvar-aprel aylarında ötən ilin müvafiq dövrünə nəzərən pərakəndə əmtəə dövriyyəsinin artım tempi (2.7%) əhali gəlirlərinin artım tempindən (5.5%) geri qalmışdır. Bu, ev təsərrüfatlarının hələ ki, əhəmiyyətli inflyasiya təzyiqi yaratmayan istehlak davranışı nümayiş etdirdiyini göstərir.