2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin Azərbaycana avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz azalaraq, 76 milyon dollara bərabər olub.
Azərbaycanda minik avtomobili istehsalı kəskin artdı - 590-I ANBARLARDADIR
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyə Azərbaycana 8,3 milyon dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 20 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz artaraq, 30 milyon 511 min 79 dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 3 milyon 581 min 928 dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 16,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 36 milyon 848 min 952 dollar məbləğində avtomobil ixrac edib. (Trend)