2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3 min 623 ədəd minik avtomobili istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 1 513 ədəd və ya 71,7% artıb.
2023-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 2 min 110 ədəd təşkil edib.
2024-cü ilin 1 oktyabr tarixinə anbarlarda qalan minik avtomobillərinin sayı 93 ədəd və ya 18,7% artaraq 590-a çatıb.
2023-cü ilin 1 oktyabr tarixinə bu göstərici 497 ədəd olub.