Çinin nəhəng avtomobil istehsalçısı olan «Geely» şirkəti Toyota Camry-nin «əvəzedicisini» buraxıb.
Yenilənmiş Mitsubishi Pajero Sport təqdim olundu - PARAMETRLƏR
FED.az xəbər verir ki, «Geely» şirkəti daxili bazarda «Preface» sedanının iki yeni versiyasını təqdim edib: «Qingyun Edition» və «Xiaohan Edition».
Xüsusi eksteryer və interyer rəngləri, eləcə də təkmilləşdirilmiş avadanlıq almış modellərin qiyməti müvafiq olaraq 18 və 19,2 min dollardır.
Hər iki avtomobil iki 12,3 düymlük ekran və dəri interyerlə təchiz olunub. Daha bahalı konfiqurasiyaya baş üstü displey, smartfon üçün simsiz enerji doldurma, havalandırılan ön oturacaqlar (və mövqe yaddaşı olan sürücü oturacağı) və «klimat kontrol» daxildir.
Hər iki avtomobil 190 at gücü hasil edən 2 litrlik turbo mühərrik və 7 pilləli robot sürət qutusu ilə təmin edilib. İstehsalçı şirkət iddia edir ki, yeni mobellərdə orta yanacaq sərfi 100 km-ə 6,7 litrdir.