«Mitsubishi» şirkəti yenilənmiş «Pajero Sport SUV»u təqdim edib.
Çindən Azərbaycana avtomobil "daşıyırlar" - SAYI 2 DƏFƏ ARTIB
"17-18 min manat xərc çəkdiyimiz maşını 12 minə güclə sata bildik" - Avtomobil alanlar nəyə diqqət etməlidir?
FED.az xəbər verir ki, yeni avtomobilin görünüşü bir qədər dəyişdirilib, ən son nəsil «Mitsubishi L200» pikapından yeni mühərriklə təchiz olunub, sürət qutusu isə 8 pilləli əvəzinə 6 pilləli olub.
Yenilənmiş «Mitsubishi Pajero Sport»: 184 at gücünə malik mühərrik. Mitsubishi L200-dən və 8 pilləli əvəzinə 6 pilləli avtomatik sürət qutusu.
Xarici görünüş baxımından maşının yenilikləri radiator barmaqlığının fərqli dizaynı, təkər disklərinin yeni dizaynı və xromun miqdarının azalması olub. İçəridə isə yeni üçmilli sükan, bir qədər dəyişdirilmiş cihazlar paneli və Android Auto və Apple CarPlay simsiz interfeyslərini dəstəkləyən media sistemi var.
Yeni dizel mühərrikinin gücü 184 at gücünə bərabərdir. Restaylinq edilmiş avtomobilin yerdən hündürlüyü 217 mm-dən 222 mm-ə yüksəlib.