Almaniyanın "Volkswagen" Qrupu Rusiyada avtomobil istehsalını növbəti bildirişə qədər dayandırmaq qərarına gəlib.
Eləcə də bax: “Toyota” və “Lexus” Rusiyaya tədarükü - DAYANDIRIB
FED.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.
Bundan başqa, "Volkswagen" Rusiyaya avtomobil tədarükünü də dayandırmaq qərarına gəlib.
Xatırladaq ki, "Volkswagen"in Kaluqa və Nijni Novqorod şəhərlərində zavodları fəaliyyət göstərir. (Apa)