Yaponiyanın avtomobil istehsalçıları "Honda" və "Mazda" Ukraynada baş verənlərlə əlaqədar Rusiyaya avtomobil və ehtiyat hissələrinin ixracını dayandıracaq.
Eləcə də bax: Yaponiya da Putin, Lavrov və Şoyquya sanskiya - TƏTBİQ ETDİ
FED.az xəbər verir ki, bu barədə "Nikkei"nin dərc etdiyi hesabatda deyilir.
Nəşrin məlumatına görə, Yaponiyanın bir neçə digər şirkəti də Rusiyadakı bizneslərini dayandırmaq qərarına gəlib. Bundan əvvəl Yaponiya hökuməti Ukraynada münaqişənin gərginləşməsinə cavab olaraq dövlət banklarına və Rusiya hökumətinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmişdi. (Apa)