Bu ilin iyun ayında Özbəkistanda Çinin nəhəng avtomobil istehsalçısı olan BYD-nin avtomobil zavodu fəaliyyətə başlayacaq.
FED.az xəbər verir ki, Cizaq valayətində yerləşən zavodda ildə 50 min hibrid və elektrik avtomobillərinin buraxılması gözlənilir. Şirkət açıqlayıb ki, iiyun ayından etibarən zavodda BYD-nin 3 modeli buraxılacaq.
Xatırladaq ki, Özbəkistanda avtomobil istehsalı hələ 1996-cı ildən başlayıb. Həmin vaxt ölkədə Koreyanın «Daewoo» avtomobilləri buraxılırdı. 2020-ci ilin əvvəlindən etibarən isə bütün yerli avtomobillər «Chevrolet» brendi altında buraxılır.
Bundan başqa, Cizaq vilayətindəki zonada «KİA» və «Folksvagen» avtomobilləri də buraxılır.