Gürcüstan 2023-cü ilin ilk yanvar-noyabr ayları ərzində Azərbaycana 408,99 milyon ABŞ dolları dəyərində 21 211 ədəd avtomobil ixrac edib.
Gələn ildən bu avtomobillərin idxalı qadağan ediləcək - QİYMƏTLƏR BAHALAŞACAQ
FED.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Milli Statistika İdarəsi yayıb.
Bildirilib ki, Azərbaycana ixrac edilən avtomobillərin sayı illik ifadədə 6 489 ədəd və ya 23,4% azalıb, lakin dəyəri 138,66 milyon dollar və ya 51,2% artıb. Ötən ilin 11 ayı ərzində Gürcüstan Azərbaycana 270,33 milyon dollar dəyərində 27 700 ədəd avtomobil ixrac edib.
Statistikaya əsasən, bu il noyabradək Gürcüstan 1 milyard 946,94 milyon dollar dəyərində avtomobil ixrac edib ki, bu da illik ifadədə 2,5 dəfə çoxdur. Avtomobil bu il Gürcüstanın əsas ixrac məhsulu olub. (Apa)