Azərbaycanda ilk dəfə olaraq ölkəyə idxal olunan hibrid və elektromobillərin sayı və ona çəkilən xərclər ənənəvi, yəni benzin və dizel avtomobilləri ilə müqayisə oluna biləcək həddə çatıb.
Elektrikli avtomobillər doğrudanmı göstərilən qədər yol gedir? - MARKALAR, SİYAHI – ARASDIRMA
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin 11 ayında xaricdən ölkəyə 343 milyon 400 min dollar olan 15 486 ədəd hibrid və elektromobil gətirilib.
Bunlardan 12 749-u hibrid maşınlar (332,4 milyon dollarlıq), 2737 ədədi isə elektromobillərdir (111 milyon dollarlıq).
Say ifadəsində bu ötən ilin eyni dövründən 4600 ədəd artıqdır. Məbləğ ifadəsində isə, bu il idxal olunan hibrid maşınlara və elektromobillərə ötən ilkindən 3 dəfə artıq xərc çəkilib. Xatırlajaq ki, ötən il ölkəyə 10 900 ədəd hibrid və elektrik maşını gətirilib ki, onların da ümumi dəyəri 149 milyon dollar olub.
Bu artım nəticəsində ilk dəfə olaraq hibrid və elektromobillərin idxalına çəkilən xərclər, ümumilikdə minik avtomsbillərinin idxalı üçün xərclərin 30%-nə çatıb.
Müqayisə üsün bildirək ki, ötən il bu rəqəm 20%-i keçmirdi.
Xatırladaq ki, ümumilikdə bu il ölkəyə minik avtomobillərinin gətirilməsi üçün 1 milyard 377 milyon dollar xərc çəkilib.