Ən çox satılan digər maşınlar BMW və Toyota markalı avtomobillərdir. Bazardakı BMW və Toyotanın maşınları 1 000-ə yaxındır.
Top 10-un ikinci beşliyinin ön sıralarında Opel və Kia avtomobilləri yer alır. Bunların da sayı təxminən müvafiq olaraq 900 və 700 çatır. Siyahının sonlarında isə Volkswagen, Ford və Nissan avtomobillərini gəlir. Satışa qoyulan bu maşınların sayı 500-dən yuxarıdır.
- Mercedes – 3977
- LADA (VAZ) – 3213
- Hyundai – 1347
- BMW – 996
- Toyota – 963
- Opel – 894
- Kia – 663
- Volkswagen – 582
- Ford – 541
- Nissan – 512
Azərbaycan avtomobil bazarında qiyməti 10 000 manatı keçməyən 7250 maşın hal hazırda satışdadır. Bunlar əsasən Mercedes, LADA, BMW, Toyota, Opel markalı avtomobillər və işlənmiş köhnə maşınlardır.
Satışa qoyulan 5200 avtomobilin qiyməti 10 000 və 20 000 manat arasında dəyişir.
Satışdakı 2300 maşının qiyməti 20 000 və 30 000 arasında müəyyənləşdirilib.
30 000 və 50 000 manat arası satışda olan 1800 maşın var.
Daha lüks və komfortlu maşınlardan, qiyməti 50 000 və 100 000 manat arasında müəyyənləşən 1150 maşın hal hazırda alıcısını gözləyir.
Bazarda qiyməti 100 000 manatdan yuxarı olan superlüks maşınların sayı isə 600-ə yaxındır. Bunlar əsasən Mercedes, Lexus, BMW, Porche,Toyota, Land Rover markalı avtomobillərdir.