Azərbaycanda texniki baxış zamanı dövlət rüsumu ilə yanaşı, avtomobil sahiblərindən utilizasiya haqqı da tutulacaq.
FED.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin kollegiyası «Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları»na dəyişikliklər edib.
Həmin yeniliyə əsasən texniki baxış zamanı avtomobil sahibi olan fiziki və hüquqi şəxslər qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqı da ödəyəcəklər.