Gəncə Avtomobil Zavodu İB-də bu ilin 9 ayı ərzində yük avtomobilləri və traktor istehsalında ötən ilin müvafiq dövrünə nisbətdə artım qeydə alınıb.
TİR-lara yeni rəqib gəlir - 40 tonluq “Mercedes” TIR-ı bir enerji doldurma ilə - 1000 KM GETDİ
FED.az xəbər verir ki, birliyin mətbuat katibi Məqsəd Rəhimovun sözlərinə görə, 2022-ci ilin ilk 9 ayı ərzində yük avtomobillərinin istehsal rəqəmi 139 idisə, 2023-ci ildə bu rəqəm 239 təşkil edib ki, bu da 65 faiz artım deməkdir.
Traktor istehsalı isə ötən ilin müvafiq dövrünə nisbətdə 12 faiz artaraq 533 təşkil edib. 2022-ci ilin 9 ayında isə bu rəqəm 483 idi.
M.Rəhimiov onu da əlavə edib ki, 2023-ci ilin 9 ayı ərzində Gəncə avtomobil zavodu İB-də müxtəlif təyinatlı 147 KAMAZ, 50 ədəd kombayn və 23 ədəd KAMAZ şassisi üzərində quraşdırlımış vaxta avtobusu yığılıb.
Ümumilikdə müəssisədə bu günə kimi 13 100 müxtəlif modeldə və modifikasiyada traktor, 2908 MAZ, 907 KAMAZ, 591 URAL, 6 ədəd MAZ avtobusu, 4 ədəd elektrobus, 879 traktor qoşqusu, 301 ədəd MAZ qoşqusu yığılıb.
Mətbuat xidmətinin rəhbəri onu da vurğulayıb ki, Gəncə Avtomobil Zavodu ilə İtaliyanın SDF qrupu arasında uzunmüddətli strateji əməkdaşlıq müqaviləsi əsasında müəssisədə alman markalı traktorların yığımına başlanıb və indiyədək 8 ədəd müxtəlif modeldə traktorların yığımı reallaşdırılıb. (Trend)