Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, Rusiya taxıl yığımında yeni rekorda nail olub - 150 milyon ton.
FED.az xəbər verir ki, o, bu barədə hökumətin iclasında məlumat verib.
O qeyd edib ki, hazırda ölkənin demək olar ki, bütün rayonlarında biçin başa çatmaq üzrədir.
“Aqrar-sənaye kompleksi bu il əla nəticələr göstərir. Taxıllar üzrə yeni rekorda imza atılıb. Artıq 150 milyon ton taxıl biçilib”, - deyə Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.
Qeyd edək ki, bu il Rusiyada tazxıl əkinləri 47,5 milyon hektar sahəni əhatə edib.
İndiyədək 95% ərazidə biçin başa çatıb. 150,2 milyon ton taxıl yığılıb.
Bu, ötən ilə müqayisədə 33 milyon ton artıqdır. Taxılın məhsuldarlığı isə bir hektardan 33,3 sentner olub. Ötən il bu göstərici 26,7 sentner olub.