Rusiyalı iş adamları Azərbaycanda şitil satınalınmasında maraqlıdırlar. Bu barədə Rosselxoznadzor məlumat verir.
Eləcə də bax: Daha 27 müəssisədən Rusiyaya alma ixracına - İcazə Verilib
FED.az xəbər verir ki, bununla əlaqədar, fevralın 4-də Rosselxoznadzor ilə AQTA nümayəndələri arasında videokonfrans formatında danışıqlar zamanı şitil satınalınması müzakirə mövzularından biri olub.
“Rusiyanın işgüzar dairələrin Azərbaycanda şitil satınalınmasında maraqlı olduqlarını nəzərə alaraq, Rosselxoznadzor onların istehsal yerlərinin videotəftişinin keçirilməsi imkanını nəzərdən keçirməyi təklif edib”, - Rosselxoznadzor-dan qeyd olunur.
Rusiya tərəfi məlumat verib ki, bu tədbirlər çərçivəsində onlayn rejimində Rusiyaya göndərilmək üçün hazırlanmış əkin materiallrına baxış keçiriləcək və Ümumrusiya bitkilərin karantin Mərkəzində lobarator ekspertizası üçün nümunələr seçiləcək.
Rusiya və Avrasiya İqtisadi Birlik üçün karantin obyektlərin olmaması təsdiq olunduqdan sonra rezervasiya olunan partiyaların Rusiyaya gətirilməsinə icazə veriləcək. (İntrefax)