Ölkədə baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə də bir sıra mühüm addımlar atılıb.
FED.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, 2016-cı ildə Çin Xalq Respublikasından 1,5 milyon tut (çəkil) tingi, 2017-ci ildə 1 milyon ədəd, 2018-ci ildə isə əlavə olaraq yenidən 1 milyon ədəd tut tingi gətirilərək çinli mütəxəssislərin müşayiəti ilə 38 rayonda intensiv tipli tut bağlarının salınması təmin olunub. Gətirilmiş tut tinglərinin əkilməsi və digər qulluq işlərinin həyata keçirilməsində fermerlərə müvafiq məsləhət xidmətləri göstərilməkdədir.
Eləcə də bax: Şamaxıda müasir üzüm tingliyi yaradılacaq - 1 MİLYONLUQ MÜQAVİLƏ
Ümumilikdə, indiyə qədər ölkəyə 3,5 milyon ədəd tut tingi gətirilərək yeni bağlar salınıb. Növbəti həftə isə yenidən Çin Xalq Respublikasından 1 milyon ədəd keyfiyyətli tut tingi gətiriləcək. Bu tinglər calaq olunduğu üçün iqlimin əlverişsiz amillərinə qarşı dözümlüdür, yaşıl kütlə çıxımı keyfiyyətli olduğu üçün barama qurdundan əldə olunan məhsulda bazar rəqabətinə dözümlü olur.
2019-cu ildə 641 ton barama istehsalına nail olunub və dövlət büdcəsi hesabına 3 milyon 100 min manat subsidiya ödənilib.