Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pambıq ixracının dəyəri 45,2 milyon ABŞ dolları təşkil edib.
Azərbaycanın daha 8 şirkəti Rusiya pomidor ixracı - İCAZƏSİ ALDI
FED.az bu barədə Gömrük Komitəsinin statistik rəqəmlərinə istinadən xəbər verir.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6 milyon ABŞ dolları və yaxud 20,3 % çoxdur.
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 737 min ABŞ dolları dəyərində pambıq idxal edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 298 min ABŞ dolları və yaxud 28,7 % azdır.
Hesabat dövründə Azərbaycanın pambıq ixracı Azərbaycanın ümumi ixracının 1,62 %-ni təşkil edib.(report)