Oktyabrın 2-də Azərbaycanın Aqrar Sığorta Fondu və Türkiyənin Kənd Təsərrüfatı Sığortaları sisteminin (TARSİM) rəhbərliyi arasında görüş keçirilib.
Aqrar Sığorta Fondu fermerlərə dəyən zərəri ödəməyə başlayacaq – Qazaxda görüş keçirildi - FOTOLAR
FED.az xəbər verir ki, görüşdə TARSİM ilə Aqrar Sığorta Fondu arasında əməkdaşlığın genişləndirilməsi, işğaldan azad olunan ərazilərin inkişafında aqrar sığortanın rolu, aqrar sığorta mexanizmi üzrə Azərbaycan təcrübəsinin digər ölkələrdə tətbiqi məsələləri müzakirə edilib.
Bildirilib ki, səfər zamanı oktyabrın 4-də Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində "Azərbaycanda kənd təsərrüfatında aqrar sığortanın tətbiqi və perspektivləri" mövzusunda tədbir keçiriləcək.