Bakı şəhərində arxitektur layihəli binalar və kiçik sahəli mənzillər daha çox dəyər qazanır.
Ən bahalı kvadratmetr: Səbail yenə zirvədə, Qaradağ isə sondadır
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatında ətraflı məlumat verilib.
Əsasən şəhər mərkəzində yerləşməsi arxitektur layihəli binaların qiymətinin yüksək olmasına səbəb olan əsas amillərdəndir. Bu tip binalar xüsusilə memarlıq baxımından özünəməxsusluğu, həmçinin lokasiya üstünlüyü ilə bazarda yüksək qiymətlə satılır.
Hesabatda həmçinin daşınmaz əmlak bazarında orta yaşayış sahəsinin ilbəil kiçildiyi qeyd olunur. 2021-ci illə müqayisədə son illərdə mənzillərin orta sahəsi azalıb. Bu tendensiyanın əsas səbəbi kimi tikinti materiallarının bahalaşması, ümumi qiymət artımı və ipoteka limitlərinin mənzil dəyərlərinə nisbətdə aşağı səviyyədə qalması göstərilir.
Fərdi yaşayış evləri bazarında da bahalaşma müşahidə olunur. Qiymət artımı fonunda kiçik sahəli, lakin çox otaqlı evlərə olan tələbin artdığı qeyd edilir.
Yəni alıcılar daha çox funksional planlaşdırmaya malik, büdcəyə uyğun, kiçik ölçülü, lakin çox otaqlı evlərə üstünlük verməyə başlayıblar. Bu dəyişikliklər şəhər planlamasında da gələcəkdə daha yığcam və səmərəli layihələrin önə çıxacağına işarə edir.