Vergi Xidmətinin bu il tətbiqinə başladığı yeniliyə əsasən sahibkarların büdcəyə etdiyi artıq ödəmələr çevik şəkildə qaytarılacaq.
Mikayıl Cabbarov: "Azərbaycanın qeyri-neft məhsullarının ixracı 3 milyard dolları ötüb"
FED.az xəbər verir ki, bu barədə Vergi Xidmətinin rəisi Orxan Nəzərli, İqtisadiyyat Naziriyində keçirilən «Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru» adlı konfransada çıxışında bildirib.
«Nazir Mikayıl Cabbarovun tapşırığı ilə sahibkarların büdcəyə artıq ödəmələrinin çevik şəkildə geri qaytarılması sistemi DVX tərəfindn hazırlanıb».
Xidmət rəisi bildirib ki, yenilikdən ilk növbədə ölkədən ixracla məşğul olan sahibkarlar istifadə edə biləcəklər.
«Ölkədən ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlar artıq ödəmələri DVX tərəfindən əlavə araşdırma aparmadan və nəzarət tədbirləri həyata keçirilmədən baş verəcək».
Yeni sistemin qısa müddətdə fəaliyyətə bşlaması nəzərdə tutulur.
«İlk növbədə ixracla məşğul olan sahibkarlara aid olsa da, bu layihənin nəticələri uğurlu olduğu halda digər sahələrə də tətbiq ediləcək.
Hazırda artıq ödəmələrin geri qaytarılması üçün prosedur – başqa sahələr üçün olduğu kimi qalır» - deyə Xidmət rəisi bildirib.